Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur

0

  • Prezident
    İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27
    Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin
    ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün
    şəhidlərimizə dərin ehtiramın ifadəsidir.                           Anım
    Günündə ölkəmizin hər yerində olduğu kimi, xocalıların kompakt şəkildə
    müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində
    şəhidlərin xatirəsi ehtiramla anıldı.Rayon
    icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri
    və qazilər, ictimaiyyət nümayəndələri qəsəbədə Xocalı soyqrımı qurbanlarının
    xatirəsinə ucaldılmış Ana harayı abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. Mərasim
    iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda
    etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.        Xocalı
    rayon İcra Hakimiyyəti başçısının müavini,
    İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq Vətən müharibəsində
    əldə etdiyimiz şanlı qələbədən danışdı. Bildirdi ki, torpaq su ilə qarışarsa palçıq, qan ilə qarışarsa, Vətən olar. 44 günlük
    haqq savaşımızda qəhrəman oğullar canlarını fəda edərək ən ali məram olan
    şəhidlik zirvəsinə ucaldılar. Vətən müharibəsində dastana çevrilmiş qələbəmizə bütün dünya heyrət edir. Ömrümüzün
    sonunadək bizə qələbəni yaşadan şəhidlərimizə, onların ailələrinə, övladlarına
    borcluyuq.Sonra "Xocalı
    Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxış
    edərək iki il bundan əvvəl erməni təxribatına qarşı Azərbaycan ordusunun
    başlatdığı əks hücumundan qürur hissi ilə danışdı. O, qeyd etdi ki, bu gün
    şəhidlərimizin anım günü olması ilə yanaşı, həm də bizim qürur günümüzdür.
    Milli birlik günümüzdür. Çünki 2020-ci illin 27 sentyabrında Azərbaycan xalqının bütün zümrəsi bir yumruq kimi
    birləşərək ordumuza dəstək oldu. Milli birliyimiz sayəsində, şəhidlərimizin
    qanı və canı hesabına 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı
    azad etdik. Şükürlər olsun ki, bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş
    bütün torpaqlarımızda dalğalanır. Nəyi, necə və nə vaxt edəcəyini yaxşı
    bildiyini söyləyən Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız böyüz zəfərə
    imza atdı.  Daha
    sonra Vətən müharibəsi iştirakçısı, qazi İmran Rəcəbova çıxış edərək bildirdi
    ki, sentyabr ayını biz tədris ilinin başlanğıcı kimi qeyd etmişik. Ancaq
    2020-ci ilin sentyabrın 27-dən və 2022-ci ilin sentyabr ayının 12-si və 13-ü
    tarixlərindən sentyabr ayı şəhidlərimizin anım günləri kimi yaddaşa yazılır. Bunu
    da yaxşı bilirik ki, sentyabr ayı bizim qələbəmizə - 30 ildir həsrətində
    olduğumuz torpaqların azadlığına gedən yolun başlanğıcıdır. İnşallah Xocalımızı
    da düşmən tapdağından azad edəcəyik. O zaman şəhidlərimizin ruhu daha da şad
    olacaqdır. Yekun
    olaraq çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov 30 il ərzində
    keçmiş məcburi köçkünlərin çəkdiyi əzab-əziyyəti, köçkünlük illərinin
    əvvəllərində şəraitsiz və gələcəyə ümidsiz şəkildə vaqonlarda, çadırlarda
    məskunlaşdıqlarını diqqətə çatdırdı.         Vətən
    müharibəsinin ilk günündə Televiziya aparıcısının 8 kəndimizin azad olması
    xəbərini verməsi, Cənab Prezidentimizin xalqa müraciəti, qələbə tvitləri bütün
    xalqımızı sevincə bürüdüyünü vurğuladı. Bildirdi ki, Böyük zəfəri,
    torpaqlarımızın işğaldan azad olmasını görməyi Allah bizlərə qismət etdi. Bu
    tarixin şanlı səhifəsini yaşadığımız üçün şəhidlərimizə, qazilərimizə
    borcluyuq. Vətən müharibəsində Azərbaycan xalqının yumruq kimi birləşdiyini
    gördük. Xalqımızın həmrəyliyini, döyüş əzmini, qisas arzsunu görərkən
    azərbaycanlı olmağımızla bir daha fəxr etdik. Hər kəsin arzusu, amalı ordumuzla birlikdə olmaq və torpaqlarımızın
    azadlığını görmək idi. Cənab Prezident İlham Əliyev bu gün mötəbər tədbirlərdə öz qətiyyətli
    sözünü deyir. Bunu qalib Azərbaycan ordusuna və qalib Azərbaycan xalqına
    arxalanaraq deyə bilir. Ölkə başçısının uğurlu siyasəti ilə Qarabağda sürətlə
    quruculuq işləri gedir, Bütöv Azərbaycan torpaqlarının bərpası uğrunda
    amalımızı həyata keçiririk. 

    Allah
    bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. 

    Mərasim
    iştirakçıları sonra Aşağı Ağcakənd qəsəbəsinin girəcəyində salınmış Azərbaycan
    Bayrağı Meydanı önündə şəhidlərimizin xatirəsinə təşkil edilmiş ağacəkmə
    aksiyasında iştirak etdilər. 

     Saat
    12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən
    müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi,
    nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırıldı.

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib56 dəfə
    Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur

    Maraqlı gələ bilər